Azərbaycanda TV və radio siqnallarının elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb

Azərbaycanda TV və radio siqnallarının elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb
11:33 28 Dekabr 2014
106 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Respublikanın yaşayış məntəqələrində televiziya və radio stansiyalarının elektromaqnit sahə gərginliyinin səviyyəsi müəyyən edilmiş normaları ötmür. Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən (DRİ) bildirilib.

DRİ-nin Radiomonitorinq şöbəsinin mütəxəssisləri Bakı Teleqülləsindən yayımlanan TV proqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədilə analiz və sınaq işləri həyata keçiriblər.

2014-cü ilin yekunları üzrə Bakının 16 yaşayış məntəqəsində, Sumqayıtda və Abşeronda Bakı Teleqülləsindən televiziya proqramlarını yayımlayan vericilərin yaratdığı elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb. 204 məntəqədə 2652 ölçü işləri aparılıb.

Respublika ərazisində yayımlanan TV və FM proqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədi ilə şöbənin mütəxəssisləri tərəfindən 54 rayonun ərazisində radiomonitorinq işləri aparılıb. Televiziya üzrə 124 məntəqədə 1007, radio üzrə 107 məntəqədə 820 ölçü işləri aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2347952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR