Ollandın erməni damarı tutdu (VİDEO)

Ollandın erməni damarı tutdu (VİDEO)
23:11 30 Yanvar 2015
531 Dünya
Ölkə mətbuatı
A- A+

Aprelin 24-ü Ermənistanın qondarma erməni soyqrımının, Türkiyə tərəfi isə Çanaqqala zəfərinin 100 illiyinə ciddi hazırlaşır. Elə dövlətlər də indi bu tərəflərdən hansının yanında olmağı götür-qoy edir. Fransa kimi artıq dəvətlərə cavab verən dövlətlər də var. Fransa prezidenti Fransua Ollandın Ermənistanı seçməsi təsadüfi qarşılanmasa da, Türkiyə prezidentinin buna reaksiyası özünü çox gözlətməyib.

ANS TV məlumatına görə, qondarma erməni soyqırımının 100 illiyi ilə əlaqədar Fransa prezidenti Fransua Olland Ermənistana səfər edəcək. Fransa prezidenti qondarma soyqırımın ildönümü üçün hazırlanacaq mərasimə qoşulacaq.

“Mən aprelin 24-də Ermənistana yola düşəcəm və Fransa xalqı adından Ermənistanın yanında olacam” – deyə Fransua Olland bildirib.

Fransua Olland qondarma soyqırımla bağlı Türkiyəyə də çağırış edərək onların həqiqəti qəbul etməyə çağırıb. Ollandın bu çağırışına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan cavab gəlib. Ərdoğan deyib ki, Türkiyə heç vaxt kiminsə sifrarişi ilə qondarma erməni soyqırımını tanımayacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın isə cavabı gecikmədi:

“Təkcə dedikləri budur. Türkiyə təqsirkardır. Belə deməklə Türkiyə təqsirkar olmaz. Arxivlərimizdə səhv addımlarla yanaşı, qarşı tərəfin də törətdiyi qətliamlar da var. Bunlar da sənədli faktlardır. Bütün bunları birgə əməkdaşlıq çərçivəsində müzkakirə edib dəyərləndirməliyik. Əhməd bəy xarici işlər naziri ikən İsveçrədə də bir proses başlatdıq. Orada da danışıqlardan qaçdılar. Qaçan onlardır. Amma biz yenə qovalayacağıq dedik. Mütəmadi olaraq əlaqədar olmayan ölkələrə gedib oralardan özlərinə görə bir qərar çıxardırlar. Həmin ölkədən soruşsan ki, Ermənistan haradadır xəritədə yerini göstərə bilməz”.

Qondarma soyqırımın 100 illiyinin keçiriləcəyi aprelin 24-də tarixində Türkiyədə böyük Çanaqqala savaşının 100 illiyini qeyd edəcək. Hər iki prezident ölkələrində qeyd ediləcək mərasimə bir-birilərin dəvət ediblər. Maraqlı məqam isə dünya dövlətlərinin həmin gün kimin yanında olacağıdır.

Politoloq Rasim Musabəyovun sözlərinə görə, Fransa özü o savaş vaxtı digər Avropa dövlətləri kimi Türkiyəyə qarşı vuruşub: “İndi onun Türkiyənin yanında durması necə ola bilər. Türkiyə qüdrətli dövlətdir öz siyasi dəsti xətti olan ölkədir. Onun üçün kiminsə dəstəyinin o qədər də əhəmiyyəti yoxdur. Mən belə düşünürəm ki, aprelin 24 dövlət başçıları səviyəsində əksər ölkələrin rəhbərləri nə Türkiyənin, nə də Ermənistanın yanında olacaqlar”.

Ərdoğan qondarma erməni soyqırımı məsələnin həllində Türkiyənin istənilən zaman danışıqlara hazır olduğunu bəyan edib.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322957

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR