Sülh prosesinə ümidlər getdikcə azalır (VİDEO)

Sülh prosesinə ümidlər getdikcə azalır (VİDEO)
00:11 31 Yanvar 2015
563 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Ukrayna cəbhəsində vəziyyət gərgindir.

ANS TV-nin məlumatına görə, Ukraynanın Donetsk şəhərində humanitar yardımın paylandığı yerə mərminin düşməsi nəticəsində, yardım almağa çalışan 5 nəfər həlak olub.

Gün ərzində rusiyapərəst qüvvələrin nəzarətində olan şəhərdə qeydə alınan 3 qanlı hücumdan biridir. Digər toqquşmalar şəhərin qərb hissəsində qeydə alınıb.

Artileriya zərbəsi nəticəsində azı 5 nəfər həlak olub. Bundan başqa dayanacaq yaxınlığında minatandan açılmış mərminin partlaması nəticəsində azı 2 nəfər ölüb.

Ölkənin şərqində toqquşmalar günbəgün şiddətləndiyindən, sülh prosesinə ümidlər getdikcə azalır.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322958

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR