Azərbaycan iki ölkədən biridir

Azərbaycan iki ölkədən biridir
00:56 31 Yanvar 2015
366 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 30-da “Standard ənd Purz” (Standard and Poor’s) reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini investisiya səviyyəsində “BBB-” saxladığını təsdiq edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aparıcı üç beynəlxalq kredit reytinq agentliyindən biri olan “Standard ənd Purz”un yayımladığı hesabatda reytinqin təsdiq edilməsi Azərbaycanın çox möhkəm fiskal və xarici mövqeyə (aktivlərə) sahib ölkə kimi xarici borc səviyyəsinin xeyli aşağı olması ilə əsaslandırılır. Agentliyin mətbuat üçün məlumatında qeyd olunur ki, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı enməsinə baxmayaraq, Azərbaycan növbəti illər ərzində də möhkəm xarici mövqeyini qoruyacaq. Karbohidrogen ehtiyatları satışının böyük payı olduğu cari əməliyyatlar (current account) hesabında azalma ehtimalı olsa da, o nəticə etibarilə müsbət səviyyədə qalacaqdır.

Orta müddətdə neft hasilatının sabitləşməsi ərəfəsində “Cənub” qaz dəhlizi boru kəmərinin və “Şahdəniz-2” qaz yatağının işə salınması iqtisadi inkişafı və xarici valyuta gəlirlərinin artımını təmin edəcəkdir.

Eyni zamanda, reytinq üzrə proqnoz sabit səviyyədən mənfiyə endirilib. Reytinq agentliyi bunu dünyada neftin qiymətlərinin kəskin enməsinin Azərbaycanın mövcud fiskal və xarici mövqeyinin qabaqlayıcı tədbirlər atmayacağı təqdirdə, mümkün zəifləməsinə gətirib çıxara biləcəyi ilə izah edir.

Bu gün Avropa və bir sıra digər ölkələrdə davam edən maliyyə və iqtisadi tənəzzül, habelə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, “Standard ənd Purz” tərəfindən Azərbaycan Respublikasına əvvəllər daha münbit iqtisadi şəraitdə verilmiş investisiya səviyyəli “BBB-”da saxlaması ölkə iqtisadiyyatının dayanıqlılıq potensialını nümayiş etdirir.

Eyni zamanda, Azərbaycan MDB məkanında “Standard ənd Purz”un investisiya kredit reytinqini qorumuş iki ölkədən biri olaraq qalır. Bundan başqa ölkəmiz “Mudız” (Moody’s) və “Fic Reytingz” (Fitch Ratings) beynəlxalq kredit reytinq agentliklərindən investisiya səviyyəli kredit reytinqlərinə malikdir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=322981

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR