Tanınmış türk aktyor öldü (FOTO)

Tanınmış türk aktyor öldü (FOTO)
01:36 31 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış aktyoru, “Yeşilçam” kino studiyasının məşhur simalartından olan Hakkı Kıvanç vəfat edib. ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri müğənni Onur Akay sosial şəbəkədəki səhifəsində paylaşıb. Akay aktyorun bir müddətdir mədə xərçəngindən əziyyət çəkdiyini qeyd edib.

“Bir müddətdir mədə xərçəngi ilə mübarizə aparan və demək olar ki, bütün filmlərində gördüyümüz “Yeşilçam”ın əməkdar aktyorlarından Hakkı Kıvancı itirdik. Cənazə mərasimi sabah zöhr namazından sonra Beyoğlu “Ağa” məscidində olacaq. Sevənlərinə və ailəsinə başsağlığı verirəm”.










Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=322986

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR