Belçikada bomba həyəcanı

Belçikada bomba həyəcanı
02:36 31 Yanvar 2015
569 Dünya
Ölkə mətbuatı
A- A+

Belçikanın paytaxtı Brüsseldəki Qiymətli Kağızlar Birjası binasının ətrafında olan şübhəli bağlama həyəcanlı anlara səbəb olub.

ANS PRESS-in məlumatına görə, hadisə yerli vaxtla saat 19.30-da Ansbax (Ansbach) prospektində, birja binasının qarşısındakı metro stansiyasının giriş-çıxışında, insanların sıx olduğu yerdə baş verib.

Şübhəli bağlamanın aşkarlanmasından sonra prospektdə avtomobillərin hərəkəti dayandırılıb, yaxınlıqda olan otel və ofislərdən insanlar hər ehtimala qarşı təxliyyə olunub.

Polis və bomba zərərsizləşdirmə mütəxəssislərinin 2 saat davam edən araşdırmalarından sonra hadisə yerindən partlayıcı aşkarlanmayıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322989

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR