Françesko Totti prezident seçkilərində 5 səs topladı

Françesko Totti prezident seçkilərində 5 səs topladı
03:09 31 Yanvar 2015
643 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyada prezident seçkiləri keçirilir. Apasport.az saytının məlumatına görə, seçkilərdə dövlətin 58 regional vahidini təqdim edən 315 senator və 630 deputat iştirak edir.

 

Ölkədə “Roma”nın kapitanı Françesko Tottini də gələcəyin prezidenti görmək istəyənlər olub. Belə ki, ötəngünkü səsvermə nəticəsində, 38 yaşlı futbolçu 5 səs toplayıb. Lakin nümayəndələr palatasının rəhbəri Laura Boldrini bu səsləri ləğv edib. Buna isə İtaliya qanunvericiliyinə əsasən, ölkə prezidentinin 50 yaşdan yuxarı olması səbəbdi.

 

Qeyd edək ki, ölkənin keçmiş prezidenti Corco Napolitano sağlamlığı ilə əlaqədar olaraq, tutduğu postu tərk edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/192030

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR