92 yaşlı məşhur yazıçının vəziyyəti ağırdır

92 yaşlı məşhur yazıçının vəziyyəti ağırdır
03:11 31 Yanvar 2015
460 Şou
Ölkə mətbuatı
A- A+

İki həftə əvvəl səhhətində yaranan narahatlıq səbəbilə xəstəxanaya aparılan məşhur türkiyəli yazıçı Yaşar Kamalın (Kamal Sadıq Gökcəli) son vəziyyəti açıqlanıb.

ANS PRESS-in məlumatına görə, bir neçə dəfə Nobel mükafatı üçün namizədliyi irəli sürülmüş kürd kökənli 92 yaşlı yazıçı Yaşar Kamalın ağciyər infeksiyası və ürək döyüntülərinin pozulması səbəbilə İstanbul Universitetinin tibb fakültəsinin nəzdindəki xəstəxananın reanimasiya şöbəsində müalicəsi davam edir.

Hazırda yazıçının səhhətində yaranan problemin aradan qaldırılması üçün müalicə tədbirləri görüldüyü bildirilir. Bu barədə xəstəxananın baş həkimi köməkçisi Şükrü Öztürk məlumat verib.

Həkimin sözlərinə görə, yanvarın14-dən bəri yazıçının reanimasiyada müalicəsi aparılır.
“Xroniki xəstəliklərdən yaranan problemlərə görə ümumi vəziyyəti ağırlaşmaqdadır. Lakin yenə də vəziyyəti nəzarət altında saxlamağa çalışırıq” – deyə Ş.Öztürk bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=322988

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR