Bakıda kirayə haqqı bahalaşıb

Bakıda kirayə haqqı bahalaşıb
13:03 28 Dekabr 2014
94 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir Maksim Tsurkov/

2014-cü ilin noyabrında Bakıda mənzillərin kirayəsi bazarında fəallığın azalması müşahidə edilib, lakin bazarda təklif edilən otaqların sahəsinin böyüklüyünə görə cari ilin oktyabrı ilə müqayisədə 1 kvadratmetrin orta qiyməti 830 dollardan 970 dollaradək artıb.

Bir kvadratmetrə görə kirayə haqqı isə 2,8 faiz azalıb. Belə ki, 1 kvadratmetrə görə kirayə haqqı 11,8 dollardan 11,47 dollaradək düşüb. Trend-in məlumatına görə, bu barədə "MBA Group" konsaltinq şirkətinin hesabatında deyilir.

Məlumata görə, bu ilin noyabrında mənzillərin kirayəsində qiymət artımı 16,87 faiz təşkil edib, 2013-cü ilin noyabrı ilə müqayisədə isə qiymətlər 23,9 faiz artıb (783 dollardan 970 dollaradək).

Cari ilin noyabrında tələbat portfelində (ayda icarə qiyməti 1000 dollardan çox) bahalı mənzillərin payı 62 faiz artaraq 40 faiz təşkil edib, bütün ucuz evlərin (ayda 500 dollardan az) xüsusi çəkisi isə 48 faiz olub.

Məlumatda qeyd olunur ki, noyabrda mənzillərin kirayəsi bazarında tələbatın əsas hissəsini tikilən evlərin istismara verilməsini gözləyən vətəndaşlar və Bakıya pul qazanmaq üçün gəlmiş miqrantlar təmin ediblər. Tələbatın kiçik hissəsini isə 1-2 aylıq müqavilələr bağlamış icarədarlar təşkil ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2348070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR