Azərbaycanda iri enerji obyekti nə vaxt istismara veriləcək?

Azərbaycanda iri enerji obyekti nə vaxt istismara veriləcək?
14:18 28 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir Emil İsmayılov/

"Azərenerji" ASC 2015-ci ilin ortalarında Abşeron yarımadasının enerji təchizatı mühüm böyük əhəmiyyətə malik "Şimal" elektrik stansiyasında ikinci qaz-buxar qurğusunu istismara verəcək. Bu barədə Trend-ə ASC-dən bildiriblər.

ASC-dən qeyd ediblər ki, qurğunun tikintisi uğurla davam etdirilir və işin böyük hissəsi artıq başa çatıb: "İşlər tədricən yekunlaşmağa doğru gedir. Qurğunun gələn ilin yayında istismara veriləcəyi gözlənilir".

Qeyd edək ki, "Şimal" elektrik stansiyasında ikinci qaz-buxar qurğusunun gücü 409 meqavat təşkil edəcək. Hazırda stansiyada gücü 400 meqavat olan bir qaz-buxar qurğusu var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2348092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR