Qurban Qurbanov: "Özünü yaxşı aparsa, onu "Qarabağ"a transfer edəcəm"

Qurban Qurbanov: "Özünü yaxşı aparsa, onu "Qarabağ"a transfer edəcəm"
14:21 28 Dekabr 2014
111 Digər
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oğlunu öz komandasında görmək istəyir.

ANS PRESS-in oldum, baş məşqçi mediaforum.az-a müsahibəsində belə deyib.

9 yaşlı Musa da atası kimi futbola böyük marağı və yaşının azlğına baxmayaraq yaxşı futbol oynayır. Qurbanov oğlunun özünün bu futbola marağı olduğunu və potensialı olduğunu deyib.

"Musanı nə vaxtsa “Qarabağ”da görə bilərik?" sualına isə belə cavab verib: "Özünü yaxşı aparsa, transfer edəcəyəm".

42 yaşlı Qurban Qurbanov futbolçu karyerası ərzində yerli “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar” klublarında çıxış edib. Azərbaycan milli komandasında 67 oyun keçirib, 14 qol vurub.

2006-cı ildə futbolçu karyerasını bitirib, bir müddət Bakının “İnter” klubunun idman direktoru vəzifəsində işləyib, sonra “Neftçi”də baş məşqçi və idman direktoru olub, 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=316739

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR