Bakıda qadına qarşı xuliqanlıq edilib. Lent.az-ın məlumatına görə, hadisə Əlizadə küçəsi 5 ünvanının yaxınlığında (Fransa səfirliyinin qarşısı) baş verib. Polisə müraciət edən 1976-cı il təvəllüdlü Əsədova Cəmilə Soltan qızı dekabrın 22-də saat 00:25 radələrində tanışı tərəfindən küçədə döyüldüyünü deyib. Qadın qeyd edib ki, həmin şəxslə əvvəlcədən tanış olublar və ona qarşı zorakılıq edən kişinin adı Sərqam olub.
Araşdırmalar davam etdirilir.