Evə çağırılan polisi də öldürdü, özünü də

Evə çağırılan polisi də öldürdü, özünü də
16:11 28 Dekabr 2014
86 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikada növbəti dəfə polis qətlə yetirilib.

ANS PRESS-in məlumatına görə, Arizona ştatının Flaqstaff şəhərində bir şəxs hadisə yerinə gələn polis zabitinə atəş açıb, sonra isə özünü güllələyərək öldürüb.

24 yaşlı polis əməkdaşı Tayler Stüart çağırışla yaşayış evinə gəlib. Çağırış zorakılıqla bağlı olub. O, evdə zorakılıq əməlləri törədən 28 yaşlı Robert Smiti zərərsizləşdirmək istəyərkən qətlə yetirilib.

Cinayətkar polis zabitinə bir neçə dəfə atəş açıb, sonra isə özünü vurub.

Ağır vəziyyətdə olan T. Stüart xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ABŞ-da artıq polislərin öldürülməsi adi hala çevrilib. Qaradərililərin polislər tərəfindən öldürülməsi Amerika cəmiyyətində polislərə qarşı antipatiya yaratdığından belə hadisələr tez-tez baş verir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316753

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR