Noyer 2014-cü ilin birincisi oldu

Noyer 2014-cü ilin birincisi oldu
17:08 28 Dekabr 2014
139 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Fransanın nüfuzlu “l'Equipe” nəşri 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunu elan edib.

Trend-in məlumatına görə, keçirilmiş sorğunun nəticəsinə əsasən, ilin ən yaxşı oyunçusu adına “Bavariya” və Almaniya millisinin qapıçısı Manuel Noyer layiq görülüb.

Qeyd edək ki, Noyer 2014-cü ildə dünya çempionu olub. “l'Equipe” versiyasında ikinci yeri Kriştiano Ronaldo (“Real”/Portuqaliya), üçüncü yeri isə Lionel Messi (“Barselona”/Argentina) tutub.

Xatırladaq ki, adları çəkilən bu üç oyunçu 2014-cü il üçün FİFA-nın “Qızıl top” mükafatına da namizəddir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2348433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR