İŞİD İran generalını öldürdü

İŞİD İran generalını öldürdü
17:59 28 Dekabr 2014
95 Dünya
Ölkə mətbuatı
A- A+

İraqda iranlı general qətlə yetirilib. Lent.az-ın Doğan xəbər agentliyinə istinadən verdiyi məlumatına görə, İran İnqilabı Mühafizə Korpusunun yüksək rütbəli hərbçisi, general Həmid Takavi Bağdadın şimalındakı Samarra şəhərinə öldürülüb. İraq ordusuna yardım etmək üçün bu ölkəyə gələn və İŞİDlə danışıqlar aparmağa cəhd edən generalın hansı şəraitdə öldürüldüyü bildirilməsə də, onun məhz İŞİD silahlıları tərəfindən vurulduğu bildirilir.

 

Məlumata görə, Takavi İran-İraq müharibəsində də iştirak edəb və İranın "Ramazan" qərargahının rəislərindən olub. İranlı generalın cənazəsi sabah Tehrana, oradan isə doğulduğu Ahvaza aparılacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188975

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR