Nərgiz Paşayeva “İlin rektoru” seçildi (FOTO)

Nərgiz Paşayeva “İlin rektoru” seçildi (FOTO)
18:11 28 Dekabr 2014
124 Sosial
Ölkə mətbuatı
A- A+

Moskva Dövlət Universitetinin Bakı Filialında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim il münasibətilə tədbir keçirilib.

ANS PRESS-in buro247.az-a istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının həyata keçirdiyi beynəlxalq sorğunun nəticələrinə müvafiq olaraq Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevaya "İlin rektoru" mükafatı təqdim edilib.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasovun sözlərinə görə, Assosiasiya hər ilin sonunda bir neçə strateji istiqamətlər üzrə Respublika və Beynəlxalq tipli sorğular təşkil edir: "Növbəti sorğumuz "İlin Rektoru"nun müəyyənləşdirilməsi ilə bağlı aparıldı. Azərbaycan, Rusiya, Ukrayna, Çexiya və Polşada yaşayan gənc soydaşlarımızın qatıldığı sorğuya 1 noyabr 2014-cü ildə start verdik. Sorğuya ölkəmizdə fəaliyyət göstərən 20 müxtəlif nüfuzlu Universitetlərin adları daxil edilmişdir. Təxminən 2 aya yaxın davam edən sorğuda bütövlükdə 4347 nəfər iştirak edib. Onlardan 3558 nəfər, yəni 82 %-i Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru Nərgiz xanım Paşayevanı "İlin Rektoru" mükafatına layiq gördülər."


Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva isə çıxışında ASGA İdarə heyətinə öz təşəkkürü bildirdi: "Bu bütövlükdə Universitetimizin müəllim və tələbə heyətinin uğurudur. Bu mənada mən sorğuda əziyyəti keçən hər kəsə təşəkkür edirəm."

Tədbirin gedişatında Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevaya "İlin rektoru" mükafatı təqdim edildi.








Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=316764

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR