“Kitabi Dədə Qorqud” dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir

“Kitabi Dədə Qorqud” dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir
20:58 31 Yanvar 2015
978 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 31 yanvar, Pərvanə İmanova, AzərTAc
“Kitabi Dədə Qorqud” dastanı türk xalqlarının tarixi coğrafiyasını, Azərbaycan xalqının tarixi keçmişini, qədim adət-ənənələrini əks etdirən möhtəşəm sənət abidəsidir. Bu dastan həm də xalqımızın yazılı tarixidir.
Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev AzərTAc-a müsahibəsində söyləyib.
T.Hacıyev bildirib ki, Bakıda keçirilən “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits – 200” beynəlxalq kollokviumu “Kitabi Dədə Qorqud” dastanının, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının dünyaya tanıdılmasında və təbliğində mühüm rol oynayacaq.
Akademik Azərbaycanın mədəni irsinin dünyaya çatdırılmasında ən uğurlu addımların ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Qeyd edilib ki, Ulu Öndərin 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı Fərman bu sahədə xüsusi əhəmiyyət kəsb edir. Bu qədim və möhtəşəm sənət abidəsi, həmçinin xalqımızın tarixini əks etdirən qiymətli ədəbi-bədii salnamədir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kitabi_Dede_Qorqud_dastani_Azerbaycan_xalqinin_tarixi_kechmisini_eks_etdiren_mohtesem_senet_abidesidir-828925

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR