Putin Konçitanın cavabını verdi

Putin Konçitanın cavabını verdi
23:06 28 Dekabr 2014
131 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov "Eurovision-2014" mahnı müsabiqəsinin qalibi, Konçita Vurst kimi tanınan Tomas Noyvirtin istəyinin cavabını verib.

ANS PRESS-in məlumatına görə, Peskov Konçitanın Putinlə görüşmək istəyi ilə bağlı sualı eşidərkən gülüb.

"Bu və buna bənzər suallarla mənə yaxınlaşmayın", deyə Peskov gülümsəyərək suala cavab verib.

Qeyd eedək ki, bu gün Konçita Putinlə görüşmək istədiyini açıqlamışdı. O, Rusiya prezidenti ilə bir həftə vaxt keçirmək istədiyini demişdi: "Mən Rusiya lideri ilə bir həftə vaxt keçirmək istərdim. Sadəcə onu anlamaq üçün".

Xatırladaq ki, avstriyalı Konçita Vurstun 2014-cü ildə "Eurovision"da qələbəsindən sonra Türkiyə bir daha "Eurovision" mahnı müsabiqəsində iştirak etməyəcəyini bildirib. Bundan başqa, Avropa parlamentinin avstriyalı deputatı da öz ölkəsinin belə qələbəsindən utandığını demişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=316775

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR