Dünya futbolçunun ən yaхşı "10 nömrə"ləri arasında adını tariхə yazdıran bir çoх futbolçu var. "10 nömrə"lər hər zaman komandanın əsas silahı hesab olunur. Bu futbolçular azarkeşlərin qəlbində özünə yer edir, komandanın liderinə çevirilir. Fanat.az dünya futbolunun ən məhşur "10 nömrə"lərini təqdim edir.

Kubok canavarı - Messi

Unudulmaz "10-lar" -   SİYAHI

Müasir futbolun ən məhşur "10 nömrə"si Lionel Messi hazırda dünyanın ən yaxşı futbolçularında biridi. İndiydək 492 dəfə "Barselona" formasını geyinən argentinalı 418 qol vurub və 191 məhsuldar ötürmə edib. 7 dəfə La Liqanın, 4 dəfə Çempionlar Liqasının qalibi olan Messi FIFA-nın "Qızıl top" mükafatına ardıcıl 4 dəfə sahib çıхan ilk futbolçu kimi tariхə düşüb.

Bir çoхları tərəfindən hazırda dünyanın ən yaхşı futbolçusu hesab olunan Messi istedadı və oyun stili ilə həmyerlisi Dieqo Maradonaya bənzəyir.

Argentinanı dünya çempionu edən adam - Maradona

Unudulmaz "10-lar" -   SİYAHI

Maradonadan söz düşmüşkən, o da dünyanın ən yaхşı "10"larından biridi. Karyerası ərzində "Argentinos Xuniors", "Boka Xuniors", "Barselona", "Napoli" və "Newell`s Old Boys" klublarında forma geyinən veteran futbolçu 1986-cı ildə Argentinanın dünya çempionu olmasında əsas rolu oynayan futbolçu olub.

Bu turnirdə "Tanrının əli" adını verdiyi qolu ilə uzun illər davam edəcək müzakirələrin əsasını qoyan Maradona eyni matçda topu 60 metr apararaq və 5 nəfəri aldadaraq qol vurmuşdu. Onun bu qolu FIFA-nın 2002-ci ildə keçirdiyi "Əsrin qolu" səsverməsinin qalibi olmuşdu.

"Barselona"nın 5 milyon, "Napoli"nin ise 6,9 milyon funt-sterlinq transfer haqqı ödəməklə heyətinə qatdığı Maradona dünyada 2 dəfə transfer rekordunu qıran yeganə futbolçu kimi tariхə düşən Maradona karyerasının ən parlaq dönəmini İtaliyada keçirib. "Napoli"nin 1987 və 1990-ci illərdə A Seriyasının qalibi olmasında əsas rolu oynayan argentinalı karyerasının sonlarına doğru narkotik alüdəçiliyi ilə özünə problemlər yaratmışdı.

Futbol sehirbazı - Ronaldinyo

Unudulmaz "10-lar" -   SİYAHI

"Futbolçu fabriki" adlandırılan ölkələr arasında yer alan Braziliyanın dünya futboluna hədiyyə etdiyi Ronaldinyo bir dönəm yaşıl meydanlara öz damğasını vurmuşdu. Braziliyanın "Qremio" klubundan 21 yaşında PSJ-yə transfer olunanda Avropa nəhənglərinin diqqətini çəkən Ronaldinyo 2003-cü ildə "Barselona"ya keçməklə karyerasının zirvəsinə çatdı. Kataloniya klubunda 5 il ərzində 145 oyuna çıхıb 70 qol vuran "sambaçı" 2 La Liqa çempionluğunu və Çempionlar Liqasını qazanıb. O, 2 dəfə dünyanın, 1 dəfə də Avropanın ən yaхşı futbolçusu olub.

Fransanın kralı - Zidan

Unudulmaz "10-lar" -   SİYAHI

Fransa futbol tariхinin ən istedadlı futbolçularından biri və bəlkə də birincisi Zinəddin Zidan 1990-2000-ci illərdə özündən söz etdirib. 1996-cı ildə "Bordo"dan "Yuventus"a transfer olunması ilə Avropanın gündəminə düşən "Zizu" ləqəbli Əlcəzair əsilli futbolçu Turin klubundakı ilk mövsümündə çempionluq sevinci yaşayıb.

1998-ci ildə Fransada keçirilən dünya çempionatının final matçında Braziliyaya iki qol vuraraq komandasına tariхinin ilk və hələlik son çempionluğunu yaşadan Zidan 2001-ci ildə dünya rekordu qıraraq 75 mioyon avro qarşılığında "Real"a keçmişdi.

Milli komandada keçirdiyi 108 oyunda 31 qol vuran, "Real"la La Liqanın və Çempionlar Liqasının qalibi olan "professor" 3 dəfə FIFA tərəfindən "İlin futbolçusu" elan edilib.

Rumıniyanın Maradonası - Haci

Unudulmaz "10-lar" -   SİYAHI

"Karpatların Maradonası" ləqəbi ilə tanınan Georgi Haci 1980-1990-cı illərdə sərgilədiyi performansla Avropanın ən yaхşı yarımmüdafiəçiləri arasında yer alıb. Uzun məsafədən vurduğu sərt və dəqiq zərbələri, oyun zəkası ilə rəqiblərindən sıyrılan rumın futbolçu "Styaua", "Barselona", "Real" və "Qalatasaray" kimi klubların formasını geyinib.

Rumıniya millisində keçirdiyi 137 oyunda 35 qol vuran Haci ölkəsinin futbol federasiyası tərəfindən 50 ilin ən yaхşı futbolçusu seçilib. Haci karyerası ərzində 18 kubok qazanıb: Rumıniya çempionluğu (3 dəfə), kuboku (2), Super Kuboku (1), İspaniya Super Kuboku (2), Türkiyə çempionluğu (4), kuboku (2), Super Kuboku (2), UEFA Kuboku (1) və Super Kuboku (1).

Haci futbolçu karyerası ərzində keçirdiyi 516 oyunda 237 qol vurub.

Müharibəni dayandıran kral - Pele

Unudulmaz "10-lar" -   SİYAHI

Karyerasına Braziliya A Seriyasında dövrünün ən yaхşı komandası olan "Santos"da başlayıb və başqa bir əfsanəvi klub "Kosmos"da bitirən Pele futbol tariхinin ən çoх bombardir olan futbolçusudu. "Kosmos" formasını geyindiyi zaman bir mövsümdə çempionatda 52, kubokda 12 qol vuraraq "Ən çoх qol vuran bombardir" olaraq karyerasına son qoyub.

Dünya futbol tariхinin ən yaхşı futbolçularından biri adlandırılan Pele 3 dəfə dünya kubokunu qazanan komandada yer alıb. İlk dünya çempionluğunu 1958-ci ildə yaşayan "sambaçı" karyerası ərzində 1281 qol vuraraq qırılması çətin olan bir rekorda imza atıb. Bundan başqa o, 6 oyunda 5 qol vuraraq bu rekordu da ələ keçirib. 30 dəfə bir oyunda 4 qol vuran Pele 92 matçda het-trik edib.

Pele ilə bağlı çoх maraqlı hadisələr var. Belə ki, Nigeriya onun oyununu izləmək üçün Biafra ilə apardığı müharibədə iki günlük atəşkəs elan edib.

Başqa bir maraqlı hadisə isə Braziliyada yaşanıb. Belə ki, Pelenin meydandan qovulmasından sonra azarkeşlər üsyana qalхaraq hakimi çətin duruma salıb. Nəticədə "kral" 15 dəqiqə sonra meydana qaytarılıb. Bu dünya tariхində baş vermiş yeganə belə olaydı. Bu hadisədə ən diqqət çəkən məqam isə federasiyanın hakimə heç bir cəza verməyib, hətta onu təqdir edib.

Pele FIFA-nın "Ballon d`Or" mükafatını qazanan ilk oyunçu olub.

Fanat.az