"Evim, maşınım, həyat yoldaşım da var" - Vəfa Zeynalova

"Evim, maşınım, həyat yoldaşım da var" -  Vəfa Zeynalova
17:16 13 Oktyabr 2015
207 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Vəfa Zeynalova şou-biznesdən şikayətlənib.

Axşam.az-ın məlumatına görə, aktrisa “ATV Maqazin” verilişinə açıqlamasında kino sahəsinin ölkəmizdə inkişaf etmədiyini bildirib:

“Bizdə şou-biznes ifadəsi yoxdur, mən bu aləmdə özümü görmürəm. Biz öz əməyimizlə biznes edirik. Azərbaycanda hansı müğənni prodakşınla işləyib, milyonlar, yüzminlər qazanır? Bəzi ifaçılar bir neçə min qazana bilər. Mən xarici ulduzların qazanclarına qibtə edirəm. Elə bizə qonşu olan Rusiyanı götürək... Nə qədər qabağa getdi. Biz kino sahəsində onlardan qat-qat qabaqda olmuşuq, yüksək məktəb keçmişik. Amma indi yerimizdə sayırıq. Onlarda isə kino gedib qabağa”.

V.Zeynalova “Varlı həyat yaşayırsınız” sualına isə belə cavab verib:

“Yaxşı həyat yaşayıram. Şəxsi evim, maşınım, şəxsi ailəm, sevdiyim övladlarım və həyat yoldaşım da var. Qızlarımın 17 yaşı olacaq. Övladlarımın tək hədəfi hazırlaşıb, universitetə daxil olmaqdır”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=38884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR