Bakıda ağır qəzada ölən qızın şəxsiyyəti məlum oldu

Bakıda ağır qəzada ölən qızın şəxsiyyəti məlum oldu
02:06 29 Dekabr 2014
147 Digər
Ölkə mətbuatı
A- A+

Bu gecə Bakıda ölümlə nəticələnmiş qəzada dünyasını dəyişən qızın kimliyi məlum olub.

ANS PRESS-in FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, qəzada faciəvi şəkildə dünyasını dəyişən Abdullayeva Nərmin Rasim qızıdır. Qəza zamanı avtomobilin altına düşərək sıxılmış vəziyyətdə qalan mərhumun cəsədini FHN xilasediciləri çıxarıblar.

Xatırladaq ki, bu gecə Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinə məxsus avtomobilin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib. ABŞ səfirliyinə məxsus “Chevrolet” markalı maşınla “Zontes” markalı motosiklet toqquşub.

Qəza “Chevrolet” ABŞ səfirliyinin Azadlıq prospektində yerləşən binasına dönərkən baş verib. Böyük sürətlə hərəkət edən motosiklet səfirliyin maşınına arxadan çırpılıb.

Qəza zamanı motosikletdə yedəkdə oturan qız hadisə yerindəcə keçinib. Motosikletin sürücüsü olan gənc isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Motosikletdə əyləşən qızın qoruyucu kaskası olmayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=316805

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR