Dalğalanan bayraq buz bağladı (FOTO)

Dalğalanan bayraq buz bağladı (FOTO)
03:01 29 Dekabr 2014
106 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Van vilayətinin Çaldıran rayonunda ötən gecə havanın temperaturu -35 dərəcəyə çatıb.

ANS PRESS-in məlumatına görə, şaxtanın təsiri xüsusilə rayonun 5 kilometrliyində olan Ayrançılar məhəlləsində öz təsirini göstərib.

Məhəllədə su, ağaclar və yollarla yanaşı dirəkdə dalğalanan dövlət bayrağının elə bu vəziyyətdə donduğu bildirilir.

Məhəllə sakinləri isə gecə-gündüz soba yandırmaqlarına baxmayaraq isinə bilmədiklərini deyirlər.

Havanın küləkli olması isə soyuğun daha çox hiss olunmasına səbəb olur.





























Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=316809

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR