Bakı, 16 oktyabr, AZƏRTAC
Üçqat dünya çempionu, dünya futbolunun əfsanəsi Pele həmyerlisi Zikonu FIFA prezidenti vəzifəsinə ən yaxşı namizəd hesab edir.
AZƏRTAC “goal.com” saytına istinadla xəbər verir ki, Pele bu barədə deyib: “Ziko FIFA rəhbərliyinə ən yaxşı namizəddir. Onun Yaponiyadakı fəaliyyətini qənaətbəxş hesab edirəm. Onu yaxşı tanıdığım üçün deyə bilərəm ki, Ziko bu kürsüyə ləyaqətli və güclü namizəddir. FIFA-ni idarə etmək çox çətindir”.
Ziko bir müddət əvvəl FIFA prezidentliyinə seçkilərdə iştirak edəcəyini açıqlamışdı.