Ziko FIFA prezidentliyinə ən yaxşı namizəddir

Goal.az xəbər verir ki, bu sözləri dünya futbolunun əfsanəsi Pele həmyerlisi haqqında deyib:

"Ziko FIFA rəhbərliyinə ən yaxşı namizəddir. Onun Yaponiyadakı fəaliyyətini qənaətbəxş hesab edirəm. Onu yaxşı tanıdığım üçün deyə bilərəm ki, Ziko bu kürsüyə ləyaqətli və güclü namizəddir. FIFA-nı idarə etmək çox çətindir".

Xatırladaq ki, Ziko bir müddət əvvəl FIFA prezidentliyinə seçkilərdə iştirak edəcəyini açıqlayıb.

Milli.Az