Dünya fond bazarında əksər səhmlər bahalaşıb

09:52 29 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 09:47 ]

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,13% - 18 053,71 bəndədək, NASDAQ 0,70% - 4 806,86 bəndədək, S&P 500 0,33% - 2 088,77 bəndədək artıb.

 

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,18% - 6 609,93 bəndədək, Almaniya DAX-ı isə 0,57% - 9 922,11 bəndədək bahalaşıb, Fransa CAC-40-ı 0,44% - 4 295,85 bəndədək ucuzlaşıb.

 

Asiya fond bazarında Nikkei 225 indeksi 0,90% - 17 658 bəndədək azalıb, Hang Seng 1,88% - 23 788,28 bəndədək, Shanghai 1,07% - 3 191,44 bəndədək artıb.

 

COMEX-də qızılın bir unsiyasının qiyməti sonuncu hərraclarda 1 195,30 dollara, gümüş isə 0,03 dollar ucuzlaşaraq 16,12 dollara satılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367552

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR