Indoneziyada iten teyyarenin qezaya ugradigi ehtimal olunur

Indoneziyada iten teyyarenin qezaya ugradigi ehtimal olunur
10:34 29 Dekabr 2014
86 Dünya
Ölkə mətbuatı
A- A+

Dekabrın 28-inə keçən gecə Yava dənizinin İndoneziya sahillərində itən təyyarənin axtarışlarının ilk günü heç bir nəticə verməyib. Malayziyanın "AirAsia" hava yolları şirkətinə məxsus təyyarənin axtarışları qaranlıq düşdükdən sonra dayandırılmışdı. Səhər saatlarında axtarışlar bərpa edilib.

 

APA TV-nin xəbərinə görə, İndoneziyadakı axtarış-xilasetmə əməliyyatına iki təyyarə, üç helikopter və iki xilasetmə gəmisi cəlb edilib. Qəza baş verdiyi ehtimal olunan əraziyə Sinqapurun iki hərbi-nəqliyyat təyyarəsi və iki hərbi gəmisi də yollanıb.

 

Havanın qeyri-sabit olması axtarış işlərinə mane olur. Dənizdə güclü dalğa müşahidə olunur. Malayziya şirkətinə məxsus olan və İndoneziyanın Surabai şəhərindən Sinqapura uçan sərnişin təyyarəsi radarlardan itib. Onun Belitunq adasında qəzaya uğradığı ehtimal olunur. "AirAsia" şirkətinin məlumatına görə, pilot sonuncu dəfə bazar günü yerli vaxtla saat 06.17-də (Bakı vaxtı ilə 03.17) əlaqəyə çıxıb və marşrutla bağlı məlumatları istəyib.

 

Bundan təxminən 1 saat sonra təyyarə Sinqapura eniş etməliydi. Bu, baş vermədiyindən və əlaqə kəsildiyindən təyyarə itmiş elan edilib. Bundan dərhal sonra axtarış işlərinə başlanılıb.

 

İndoneziyanın vitse-prezidenti Yusuf Kalla bildirib ki, təyyarənin qəzaya uğradığı ehtimal olunur. Malayziyanın "AirAsia" hava yolları şirkətinin rəhbəri isə bunu cavab olaraq, təyyarənin taleyi ilə bağlı ehtimallar irəli sürməməyə və axtarışın nəticələrini gözləməyə çağırıb.

 

Yoxa çıxan təyyarədə 155 sərnişin və 7 heyət üzvü olub. Bu arada isə məlum olub ki, 10 nəfərdən ibarət ailə reysə gecikib və yoxa çıxan təyyarədə uça bilməyib.

Ailənin başçısı Ari Putro Kanyexo bildirib ki, təyyarənin uçuş saatı əvvələ çəkilib və onlara bu barədə məlumat verilməyib. Vaxtında hava limanına gələn ailə təyyarənin artıq yola düşdüyünü öyrənib. Onlar növbəti təyyarə ilə uçmaq barədə razılığa gəliblər. Amma bir qədər sonra şirkətin nümayəndəsi ailə başçısına yaxınlaşaraq, təyyarəyə gecikməklə Yeni il ərəfəsində böyük hədiyyə qazandıqlarını deyib və təyyarənin yoxa çıxdığı barədə məlumat verib.

 

Təyyarədəki sərnişinlərin yaxınları isə bir sutkadır Surabai hava limanında növbə çəkirlər. Onlar hökumətdən dəqiq məlumat gözləyirlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188988

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR