Braziliyanın futbol əfsanəsi Pele 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatını yerində izləmək fikrindədir.
Goal.az xəbər verir ki, bu barədə "futbol kral"ı "İtar-Tass" agentliyinə danışıb.
"Böyük Lev Yaşinin vaxtından Rusiya futboluna heyran olduğumdan mundiala şəxsən gəlmək istəyim var. Ümid edirəm ki, Braziliya millisi orda yaxşı oyun göstərəcək. Rusiyanın beynəxalq miqyasda uğuru olmasa da, milli komanda Avropanın ən güclüləri sırasındadır. FİFA ətrafındakı qalmaqal bütün futbol ailəsi üçün kədərli fakt oldu. Yaddan çıxarmaq lazım deyil ki, məmurlar gəldi-gedərdir. Bizə qalan futboldur".
Milli.Az