Cəlilabad rayon sakini Salyanda dəm qazından boğulub

11:12 29 Dekabr 2014
70 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 11:09 ]

Salyan. Əlibəy Zeynallı – APA. Salyan şəhərində dəm qazından boğulma hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə dünən saat 21.30 radələrində şəhərin Ənnağı Hüseynov küçəsində qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Sevanə İdris qızı Nəbiyeva hamamda dəm qazından boğularaq ölüb.

 

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367567

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR