Müdafiə naziri: “Şəhidlərimizin qisasını onqat almışıq”

Müdafiə naziri: “Şəhidlərimizin qisasını onqat almışıq”
11:39 29 Dekabr 2014
84 Ölkə
Ölkə mətbuatı
A- A+

 

“2014-cü il xalqımızın, dövlətimizin və Silahlı Qüvvələrimizin həyatında əlamətdar və yaddaqalan uğurlu hadisələrlə zəngin olub”. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu, müdafiə naziri Zakir Həsənovun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbrikində öz əksini tapıb.


Nazirin sözlərinə görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin rəhbərliyi altında ordunun maddi-texniki bazası daha da möhkəmlənib, şəxsi heyətin sosial-məişət problemləri ardıcıl olaraq həllini tapıb, müasir silah və texnika alınıb, yüksək ixtisaslı peşəkar hərbçilər hazırlanıb. “Şəxsi heyətin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Ali Baş Komandanın bu ilin avqust ayının 6-da təmas xəttində döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, əsgər, gizir və zabitlərimiz Vətənə ləyaqətlə xidmət edirlər. Cəbhədə vəziyyət xeyli gərginləşdiyi vaxtlarda xalqımız növbəti dəfə Azərbaycan əsgərinin fədakarlığının şahidi olub. İşğalçıların planlaşdırdığı əməliyyatlar qabaqcadan aşkar olunub, onlar canlı qüvvə və döyüş texnikasında xeyli itki verərək geri çəkilməyə məcbur edilib.


Döyüşlərdə şəhidlər versək də, xalqımız bilməlidir ki, hərbi qulluqçularımızın qisası birə on qat alınıb və bundan sonra da alınacaq. Biz düşmənə tarixi torpaqlarımızda rahatlıq verməyəcək və Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik. Düşmənlə təmas xətti, ölkəmizin həm dəniz, həm də hava məkanı yeni və müasir silahlarla təmin edilmiş Silahlı Qüvvələrimizin daim nəzarəti altındadır. İşğalçıların təxribatlarının qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq.

Xalq öz ordusuna inanır, ona güvənir və ona arxalanır. Hərbiçilərimiz bu etimadı, bu inamı Vətənə, xalqa, dövlətə sədaqətli xidmətinizlə doğrultmalı, ölkəmizin təhlükəsizliyinin, müdafiəsinin keşiyində ayıq-sayıq dayanaraq Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olmalıdır”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189002

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR