Yol polisindən bayram XƏBƏRDARLIĞI

Yol polisindən bayram XƏBƏRDARLIĞI
12:04 29 Dekabr 2014
84 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Baş Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) sürücülərə müraciət edib.

 

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  və Yeni il münasibəti ilə respublikanın avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi artacaq. Bununla əlaqədar BDYPİ-i hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə, xüsusilə sürücüləri bayram günlərində sərxoş halda sükan arxasında əyləşməməyə, rayonlara səfərə çıxanlara isə müəyyən edilmiş sürət həddinə diqqət etməyə çağırıb.

 

K. Əliyev, həmçinin qeyd edib ki, dekabr ayının 31-dən yanvarın 7-dək yol polisi gücləndirilmiş iş rejimində işləyəcək. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189006

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR