Müğənni Şəbnəm Tapdıq gənc həmkarlarını yenə qınaq obyekti edib.

Gecce.az xəbər verir ki, müğənni "10-dan sonra" verilişnidə maraqlı açıqlamalar edib:

"Yaşıma görə gərək çox şişman, bir az yöndəmsiz fiquralı olardım. Amma özümə baxan xanım olduğumdan, belə problem yaşamıram. Müxtəlif şirələr içirəm. Amma bu şirələri almıram, özüm hazırlayıram. Hər yemək arası mütləq şirə qəbul edirəm. İdmanla məşğul olmuram. Amma əvvəlki şəkillərimlə indikilərini müqayisə edəndə görürəm ki, yaş öz sözünü deyir. Amma dəyişməyən təkcə səsimdir. Ən böyük diapazon məndədir. Fikirləşdirdim, yaş artıqca, səsimi itirərəm, amma əksinə olub".

Şəbnəm Taddıq gənclərdən söhbət düşəndə bunları qeyd edib:

"Yanıma gəlib məndən mahnı öyrənmək istəyirlər. Soruşuram, hansı mahnı. Deyirlər ki, "Çiçək" mahnısını. Çiçək sözünü elə formada deyirlər ki, deyirəm get "ç"hərfini öyrən, sonra gəl. İndiki müğənnilər dillərini trenajor etdirməlidirlər, bədənlərini yox. Biz o dövrün müğənniləriyik. O dövrdə qüsurlu oxuyan müğənniləri efirə buraxmırdılar. Bizim sözün əsl mənasında səsimiz var, canlı oxuya bilirik".

Milli.Az