Yanan gəmidən son görüntülər (VİDEO)

Yanan gəmidən son görüntülər (VİDEO)
12:21 29 Dekabr 2014
149 Digər
Ölkə mətbuatı
A- A+

Yunanıstanın Patras şəhərindən İtalyanın Ankona limanına gedərkən qəzaya uğrayan gəmidə xilasetmə işləri aparılır.

ANS PRESS-in məlumatına görə, səhər saatlarında çıxan yanğına müdaxilə edən İtalya və Yunanıstan xilasedici dəstələri sərnişinlərin bir qismini azad ediblər. Vertolyotlar gəminin üst hissəsində olan sərnişinləri xüsusi qəfəslər vasitəsi ilə yuxarı qaldıraraq gəmidən çıxarıblar.

Qeyd edək ki, gəmidə 466 sərnişindən 54 Türkiyə vətəndaşı olub. İtaliya mətbuatı yazır ki, gəmi Türkiyə məxsus yük gəmisi ilə toqquşub.

Hadisə nəticəsində ölənlər, itkin düşənlər var. Xilasetmə işləri hələ də davam etdirilir.

Son məlumata əsasən , Türkiyə vətəndaşlarından 2-sinin cəsədi aşkarlanıb. 4 nəfər isə itkin düşüb. 150-yə yaxın insan yanan gəmidən evakuasiya edilib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=316875

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR