Prezident və xanımı açılışda

Prezident və xanımı açılışda
12:26 29 Dekabr 2014
78 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Respublikası Dövlət Neft Fondunun yeni inzibati binasının açılışında iştirak ediblər.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, binada akt, konfrans, iclas zalları, iki hissədən ibarət “qış bağı”, “Petroleum lounge”, kitabxana və xəzinə yerləşir. Bütün otaqlar və zallar ən son texnoloji avadanlıqla təmin olunub. İkinci mərtəbədəki muzeydə Azərbaycanın neft tarixini, ümummilli lider Heydər Əliyevin neft strategiyasını, Dövlət Neft Fondunun fəaliyyətini, maliyyələşdirdiyi layihələri, investisiyaları, qazanılan uğurları əks etdirən stendlər var.

Qeyd edildi ki, Dövlət Neft Fondunun inzibati binasının interyeri Azərbaycanın 9 xalçaçılıq məktəbinin elementlərini özündə ehtiva edən dizayn konsepsiyası əsasında qurulub. Binada informasiya texnologiyalarının işini təmin etmək məqsədilə ən müasir standartlara cavab verən “Data Center” yaradılıb. Burada, həmçinin Azərbaycanda ilk dəfə olaraq Bina İdarəetmə Sistemi fəaliyyət göstərir.

Yeni inzibati bina yaşıl bina standartlarına cavab verir. Burada alternativ enerjidən istifadə məqsədilə günəş panelləri quraşdırılıb.
Binada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Neft Fondunun kollektivi ilə xatirə şəkli çəkdirdilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=316847

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR