Anar: “Çingiz Hüseynovun nəzərinə çatdırmaq istəyirəm ki...” - MÜSAHİBƏ

Anar: “Çingiz Hüseynovun nəzərinə çatdırmaq istəyirəm ki...” - MÜSAHİBƏ
12:29 29 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

“Çağdaş Azərbaycan ədəbiyyatına zooloji nifrət bəsləyənlər gedib sorokinlərin boşqabını doyunca yalasınlar”

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın APA-ya müsahibəsi

 

- Anar müəllim, “Dədə Qorqud” filmi ilə bağlı işlər nə yerdədir? Aktyor heyəti və rejissor müəyyənləşib?

 

- İşin mənə aid hissəsini bir neçə ay əvvəl bitirib, ssenarini nazirliyə təqdim etmişəm. Rejissorun təsdiq edilməsi, bundan sonra hazırlıq işlərinə başlanması, aktyor seçimi və s. nazirlikdən asılıdır. Gözləyirik.

 

- Səhv etmirəmsə, oxumaq üçün gənclərin kitablarını alıbsınız. Oxuyubsunuzsa, fikirləriniz maraqlı olardı...

 

- Düzdür, bir neçə ay bundan qabaq mənə gənc yazarların on-on iki kitabını gətirdilər. Təəssüf ki, hələ vaxt tapıb heç birini oxuya bilməmişəm. Amma mütləq oxuyacağam və fikrimi bildirəcəyəm.

 

- Qurultayda son sözləriniz belə oldu ki, sabah qəzetlər qurultayla bağlı nələrsə yazacaqlar, qalmaqallı başlıqlar çıxaracaqlar, amma bu bizi maraqlandırmır, çünki hər şey göz qabağında oldu. Qəzetlər, saytlar nələr yazdılar, onları izləyə bildiniz?

 

- Saytların və qəzetlərin nələr yazdığını siz məndən daha yaxşı bilirsiniz. Mən saytları izləmirəm. Hərdən Yazıçılar Birliyinə qarşı açıq böhtan və təxribat xarakterli yazılar meydana çıxanda mətbuat xidmətimiz onlara cavab verir. Əlbəttə, bundan mənim xəbərim olur.

 

- Müsahibənizdə belə bir fikir oxumuşdum ki, haqqımda yazılanları kimsə mənə deyəndə, elə bilirəm, böyük hadisə baş verib, amma özüm yazı ilə tanış oluram ki, əslində heç nə yoxdur. Haqqınızda yazılanlardan yenə başqaları vasitəsilə xəbər tutursunuz?

 

- Əvvəlki suala cavab verərkən bu barədə dedim. Amma şəxsən özümün tanış olduğum qəzetlərdən ikisində Yazıçılar Birliyi haqqında mütəmadi qərəzli yazılar dərc olunur: arabir “Yeni Müsavat”da, daha tez-tez və ardıcıl isə “Azadlıq”da. Bir-birini yaş yuyub quru sərən qələm sahiblərini ancaq nüfuzlu yazıçılara nifrət birləşdirir. Bir dəfə də olsun, bu sayaq yazılarda bir qrafomana “gözün üstə qaşın var” deyən olubmu? Əlbəttə, yox! Necə deyərlər, qrafoman qrafomanın ayağını basmaz. Tanınmış yazıçılara ilişirlər ki, bu vasitə ilə yazılarına diqqət çəksinlər. İnsaf naminə deməliyəm ki, hər iki qəzetdə belə yazılar əsasən iki müəllifin qələmindən çıxır. Başqalarının, hər halda, hələ ki, bizimlə işləri yoxdur, bizim də onlarla işimiz yoxdur. Qurultaydan əvvəl də yazırdılar, sonra da yazırlar. Və nə qədər ki, aldıqları sifariş qüvvəsində qalır, yenə yazacaqlar. Bunlara əhəmiyyət vermək lazım deyil. Çağdaş Azərbaycan ədəbiyyatına patoloji də yox, zooloji nifrət bəsləyənlər qoy gedib sorokinlərin boşqabını doyunca yalasınlar. Birisi var, kimsə ona deyib ki, əməlli-başlı yumor hissi var, bu biçarə də sidq ürəkdən inanıb buna və özündən başqa heç kəsi güldürə bilməyəcək səfeh zarafatlarını çox vaxt Yazıçılar Birliyinə və mənə ünvanlayır. Bu sayaq yumorun səviyyəsini və ağıl dərəcəsini bilmək üçün elə son vaxtlarda yazdıqlarından birinə nəzər salmaq yetərlidir. Yazır ki, “12 saylı koloniyada AYB sədri Anarın “Ala-bula boz keçi” romanının müzakirəsi və imza günü keçirilib”. Düz demir, bu zarafatcılın obrazını yaratdığım “Ala-bula boz keçi” romanımı hələ bitirməmişəm, bitirəndə elə həmin qəzetdə xəbər yayacağam.

 

- Qurultayda səslənən fikirlərlə bağlı nə etməyi düşünürsünüz? Məsələn, Elçin Hüseynbəyli Şabrandakı istirahət evi ilə bağlı təklif verdi. Obrazlı desək, yazıçılar dincəlmək istəyirlər...

 

- Şabrandakı Yazıçıların Yaradıcılıq Evi haqqında məsələni biz hələ bir neçə il bundan qabaq qaldırmışıq. Hətta gedib orda Rəssamlar və Bəstəkarlar ittifaqlarının nümayəndələri ilə birlikdə münasib yer də seçmişik, sahənin inşaat layihəsi də tərtib edilib. Bununla bağlı dəfələrlə əlaqədar şəxslərlə görüşmüşük. Görünür, bu məsələ 2015-ci ildə Bakıda keçiriləcək Olimpiadadan sonra gündəmə gələcək.

 

- Son vaxtlar yazıçılara fəxri adların verilməsinə rast gəlmirik. Yazıçılar Birliyinin 80 illik yubileyi günü fəxr adlarla bağlı siyahının açıqlanması gözlənilirdi...

 

- Yazıçıların qurultayı və təşkilatımızın 80 illiyi münasibətilə fəxri adlar və təltifatlar haqqında təkliflərimizi təqdim etmişik. Amma bu təltifatların məhz 80 illik yubiley günündə veriləcəyi haqqında mənim məlumatım yoxdur.

 

- Birlikdən istefa verən yazıçılar diqqətsizlikdən şikayətlənirlər. Konkret olaraq Çingiz Hüseynovla aranızda nə vaxtsa narazılıq olubmu? Ümumiyyətlə, maraqlıdır, onun yaradıcılığı haqqında hansı fikirdəsiniz?

 

- Bu məsələyə toxunmaq istəməzdim, amma madam ki sual verirsiniz, ətraflı cavab verməyə məcburam. Son vaxtlara qədər Çingiz Hüseynovla aramızda heç bir narazılıq olmayıb. Moskvada 70 illiyim qeyd olunanda gəldi, öz təşəbbüsü və xahişi ilə çıxış etdi, haqqımda çox xoş sözlər dedi. Bir il sonra “Drujba narodov” jurnalında dərc etdirdiyi yazısında da mənim həbsə düşənləri müdafiə etməyimi yüksək dəyərləndirdi. Sonralar mən də onun yubileyi münasibətilə təbrik yazısı yazdım, Bakı, Moskva mətbuatında dərc etdim. Yaradıcılığını da lazımınca qiymətləndirirəm. İstər bu yazımda, istərsə də daha əvvəllər qələmə aldığım “Nəsrin fəzası” adlı geniş məqaləmdə onun bəzi əsərləri haqqında xeyli müsbət fikir söyləmişəm. Bütün bunlardan sonra Çingizin “Azadlıq” radiosunda çıxışının “Azadlıq” qəzetində həvəslə dərc edilmiş mətni ilə tanış olanda təəccübləndim. Çingiz deyir: “Bəli, Anar istedadlı adamdır, amma istedad cəsarətlə bağlı deyil, istedad şəxsiyyətlə, şəxsiyyətin xarakteri ilə bağlıdır. Əminəm ki, onun hərəkətləri istedadsızlığından deyil, məmurluğundan doğur. O istəsə, indi ayağa durub deyə bilər, kim ona neyniyəcək axı?!”

 

Ayağa durub nə deməliyəm? Bunu hətta Anarın dilindən belə deməyə cəsarət eləməyən Çingiz “cəsarət” dərsini belə davam edir: “Ölkədə Əkrəmdəki kimi dövlət nişanlarını, titullarını əlindən alarlar, amma adı təmiz qalar. Mənə elə gəlir, cəsarətli adam başqa cür hərəkət edərdi”.

 

Bu məntiqə görə adının təmiz qalması üçün gərək düşmənə züy tutasan, öz xalqının əleyhinə aparılan təbliğata qoşulasan, təcavüzkara heç bir iradın olmasın, amma öz xalqını bacardıqca biabır edəsən. Çingiz Hüseynovun nəzərinə onu da çatdırmaq istəyirəm ki, Əkrəm kirvəmizin təltif olunduğu ordenlərin heç biri əlindən alınmayıb. Cəsarətə gəldikdə isə bu keyfiyyətin iki tərəfi var. Bir var, cəsarət təhlükəli olanda, cəzalandırılanda qorxmayasan, bir də var, cəsarətə icazə veriləndə “cəsur” olasan. Sovet dövründə hər cəsarətli yazımız, hərəkətimiz haqqında lazımi yerlərə donos verənlər indi ən “cəsarətli” adamlar olub. Bu sözlər, əlbəttə, Çingiz Hüseynova aid deyil, amma ona aid belə deyə bilərəm ki, icazəli “cəsarət”dən başqa “məsafəli cəsarət” də varmış. Moskvada, ya İsraildə rahat oturursan, vətən adlandırdığın ölkəyə “cəsarətli” daşlar tolazlayırsan və özün öz “cəsarətinə” əhsən deyirsən. Başqalarına cəsarət dərsi deyən əzizim Çingiz, belə cəsarətliydinsə, niyə Qarabağ məsələsi başlayandan bəri, 90-cı ilin Qara yanvarından, Xocalıdan sonra Moskva və hazırda yaşadığın İsrail mediasında Azərbaycanın haqq işinin müdafiəsinə, yaxud ölkəmizə təcavüz edənlərin ünvanına bir kəlmə deməmisən və demirsən? O da maraqlıdır ki, Çingiz Hüseynovun Azərbaycan Yazıçılar Birliyindən inciyib çıxması haqqında deyirlər və ya özü deyir. Nədən incidiyi məlum deyil, amma qəribə odur ki, üzvü olmadığın təşkilatdan necə çıxmaq olar?! Çingiz heç vaxt Azərbaycan Yazıçılar Birliyinin üzvü olmayıb. O, Moskva və İsrail Yazıçılar təşkilatının üzvüdür və incikliyi varsa, onlardan olmalıdır. O da var ki, ən çox fəxri adlardan, mükafatlardan bunların tamarzısı olanlar danışır. Fəxri adlar, mükafatlar almamaları onları belə yandırmırsa, niyə kəlməbaşı bu məsələni ortaya atırlar? Mənim təmiz adım sarıdan heç kəs nigaran qalmasın. Bu adın təmizliyini bütün Azərbaycan da bilir, Azərbaycanın çölündə və içində olan düşmənlər də!

 

- Çingiz Abdullayev demişdi, Prezident təqaüdləri siyahısını dərc etsək, yaxşı olar. Bu siyahı niyə gizli saxlanılır?

 

- Heç bir siyahı, o cümlədən təqaüdlər siyahısı də gizli saxlanılmır, istənilən şəxs istənilən vaxt birliyə gəlib bu siyahılarla tanış ola bilər. Amma bu siyahıları mütləq mətbuata çıxarmağa ehtiyac varsa, bunu da katiblikdə müzakirə edib qərarlaşdıra bilərik. Heç kəsdən heç bir sirrimiz yoxdur.

 

- Təqaüd alan yazarların hər il dəyişdirilməsi yenə qüvvədə saxlanılacaqmı?! Təsadüfi adamların məcburən siyahıya salınmasının tənqidi Sizə ünvanlanır ki, ən azı yeddi-səkkiz istedadlı adam hər il təqaüd siyahısına salınmalıdır. Növbəti ildən bu məsələ ilə bağlı nə düşünürsünüz?

 

- Heç kəs bu təqaüdü ikinci dəfə almayıb və zənnimcə, bu düzgün qərardır. Adsız-ünvansız “təsadüfi adamlara” görə məni tənqid edənlər bircə dəfə cürət edib bu “təsadüfi adamların” adlarını çəksələr, mənim də cavabım konkret olar. Deyirsiniz ki, yeddi-səkkiz istedadlı adam hər il siyahıya salınmalıdır. Sizin fikrinizcə, Azərbaycanda yeddi-səkkiz istedadlı adam var, qalanları istedadsızdır?! Yox, onlar da istedadlıdırlarsa, deməzlərmi, niyə yeddi-səkkiz istedadlı hər il təqaüd alır, qalan istedadlar isə almır?! Yox, ən düzgün prinsip hər il təqaüdləri yeni adamlara verməkdir və şəxsən mən bu məsələnin ayrı həllini görmürəm.

 

- Sonda Sizi narahat edən hər hansı ədəbi və ictimai məsələ ilə bağlı münasibət bildirmək istəmirsiniz?

 

- Məni narahat edən ədəbi və ictimai məsələlər az deyil, hamısından bir müsahibədə danışmaq mümkün deyil. Bir qisminə Sizin suallarınıza cavab verərkən dedim.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Beytulla Hüseynov MTN generallarının məhkəməsində deyilənləri TƏKZİB ETDİ

29 İyun 2017 18:34

Zibillərdən geyim kolleksiyası - VİDEO

29 İyun 2017 18:33

“Brexit” Avropa İttifaqının büdcəsində kəsr yaradıb

29 İyun 2017 18:32

Növbəti mərhələ: dövlət quruculuğunda yüksələn xətt

29 İyun 2017 18:32

S.Bəhlulzadə adına Mədəniyyət Sarayında "Anamın məktubu" tamaşasının təqdimatı keçiriləcək

29 İyun 2017 18:27

Körpü çökdü: 2 nəfər öldü - VİDEO

29 İyun 2017 18:23

"Bəs harada öpüşək?"

29 İyun 2017 18:22

Bakı Zooparkına yeni heyvanlar gətiriləcək

29 İyun 2017 18:22

Kanada şirkəti Azərbaycandakı əməliyyatından 2,6 mln. Kanada dolları gəlir əldə edib

29 İyun 2017 18:17

Qorxmayın, hazır olun...

29 İyun 2017 18:14

"Apple" şirkətinin bazar dəyəri 183 ölkənin illik gəlirini geridə qoyub

29 İyun 2017 18:13

"AVO MUN" layihəsinə start veriləcək

29 İyun 2017 18:12

Mahmud Məmmədquliyev: "Regionda stabillik, sülh və təhlükəsizlik olmasa, heç bir iqtisadi inkişaf olmayacaq"

29 İyun 2017 18:12

89-cu teatr mövsümünün "Sima"sı təqdim olunacaq

29 İyun 2017 18:12

“Cəfər Cabbarlı” quru yük gəmisi əsaslı təmirdədir

29 İyun 2017 18:12

Bülənt Ərsoy qəzaya düşdü

29 İyun 2017 18:12

Feysbukda nələr halal, nələr haramdır? - Hacı Şahin açıqladı - VİDEO

29 İyun 2017 18:09

Siciliya mafiyası Almaniyanı ələ keçirir

29 İyun 2017 18:08

"Qalatasaray"dan 15 milyon avroluq transfer (RƏSMİ)

29 İyun 2017 18:07

"Mikroyosunlardan dərman hazırlanır"

29 İyun 2017 18:07

Valbuena "Fənərbağça" ilə müqavilə bağladı

29 İyun 2017 18:05

Ruslar Qarabağda... – Bakının qəzəbinə səbəb olacaq ADDIM

29 İyun 2017 18:03

BDU-nun dekan müavininin tələbəyə qarşı iddiası üzrə məhkəmə istintaqı yekunlaşıb

29 İyun 2017 18:02

İlham Zəkiyev: “Özünə qalib gələ bilməyən paralimpiyaçı heç bir qələbədən danışa bilməz”

29 İyun 2017 18:02

Bakıda idmançı qızı vurub öldürən sürücü tutuldu

29 İyun 2017 17:59

Dolların sabaha olan MƏZƏNNƏSİ

29 İyun 2017 17:58

Bu yerlərdən uzaq olun, yadplanetlilər ora tez-tez gəlir

29 İyun 2017 17:58

Alpinist qızı avtomobillə vuraraq öldürən şəxs tutulub

29 İyun 2017 17:57

“Qalatasaray” Bafetimbi Qomislə müqavilə bağlayıb

29 İyun 2017 17:57

Park Cinemada "Yaramaz Mən 3" Azərbaycan dublyajı ilə təqdim olundu - FOTO

29 İyun 2017 17:57

Avtomobillə idmançı qızı öldürən şəxs

29 İyun 2017 17:54

3 qəza həm mala, həm də cana ziyan vurdu - VİDEO - FOTO

29 İyun 2017 17:52

Manatın yeni MƏZƏNNƏSİ

29 İyun 2017 17:52

Xalq artistinin ailəsində faciə

29 İyun 2017 17:52

0 avroluq əsginaslar 2,5 avroya satılır

29 İyun 2017 17:48

Prokuror məhbus yoldaşını balta ilə öldürən şəxsə cəza istədi - 14 il

29 İyun 2017 17:47

Taekvondoçumuz dünya çempionatının yarımfinalına vəsiqə qazanıb

29 İyun 2017 17:44

Çöldə doğulan, Şərqi Qərbə qatan dünyaca MƏŞHUR BAKILI YƏHUDİ - FOTOLAR

29 İyun 2017 17:43

Azərbaycanın hərbi gücü

29 İyun 2017 17:43

Dünya ölkələrinin hərbi güc REYTİNQİ: Azərbaycan neçəncidir?

29 İyun 2017 17:42

Bakıda namus üstündə arvadını amansızcasına öldürən şəxs məhkəmədə ifadə verib

29 İyun 2017 17:42

Donald Tramp prezident İlham Əliyevi təbrik edib

29 İyun 2017 17:39

Virusların sayı durmadan artır

29 İyun 2017 17:35

Rusiya qüvvələrini "3 günə məhv edən" şahzadə geri çəkildi

29 İyun 2017 17:33

Təbrizin tanınmış aktyoru Musiqili Teatrda çıxış edəcək

29 İyun 2017 17:32

Andlı iclasçılar Boris Nemtsovun qətli ilə bağlı hökm çıxarıb

29 İyun 2017 17:32

“Bakcell” Silahlı Qüvvələr gününə həsr edilmiş yarış keçirib

29 İyun 2017 17:32

Qaradağda 6 otaqlı ev yandı

29 İyun 2017 17:32

Bakı sakini 8 yaşlı qızı soyundurub təcavüz etdi

29 İyun 2017 17:27

Hollandiya şirkəti Azərbaycanın işğal olunmuş ərazilərində sifarişlər həyata keçirməsini dayandırdı

29 İyun 2017 17:27