Azərbaycanın müdafiə naziri: “Düşmənə tarixi torpaqlarımızda rahatlıq verməyəcəyik”

Azərbaycanın müdafiə naziri: “Düşmənə tarixi torpaqlarımızda rahatlıq verməyəcəyik”
12:32 29 Dekabr 2014
96 Sosial
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 12:30 ]

"Xalqımız bilməlidir ki, hərbi qulluqçularımızın qisası birə on qat alındı və bundan sonra da alınacaq"

Bakı. Rəşad Süleymanov - APA. “Döyüşlərdə şəhidlər versək də, xalqımız bilməlidir ki, hərbi qulluqçularımızın qisası birə on qat alındı və bundan sonra da alınacaq. Biz düşmənə tarixi torpaqlarımızda rahatlıq verməyəcək və Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik”.

 

APA-nın məlumatına görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə ünvanladığı təbrikində bildirib.

 

Nazir qeyd edib ki, düşmənlə təmas xətti, ölkəmizin həm dəniz, həm də hava məkanı yeni və müasir silahlarla təmin edilmiş Silahlı Qüvvələrimizin daim nəzarəti altındadır. İşğalçıların təxribatlarının qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq.

 

Z.Həsənov qeyd edib ki, cəbhədə vəziyyət xeyli gərginləşdiyi vaxtlarda xalq növbəti dəfə Azərbaycan əsgərinin fədakarlığının şahidi olub: "İşğalçıların planlaşdırdığı əməliyyatlar qabaqcadan aşkar olundu, onlar canlı qüvvə və döyüş texnikasında xeyli itki verərək geri çəkilməyə məcbur edildi. Xalq öz ordusuna inanır, ona güvənir və ona arxalanır. Siz bu etimadı, bu inamı Vətənə, xalqa, dövlətə sədaqətli xidmətinizlə doğrultmalı, ölkəmizin təhlükəsizliyinin, müdafiəsinin keşiyində ayıq-sayıq dayanaraq Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olmalısınız. Yeni 2015-ci il arzularımızın həyata keçməsi ili olsun!”

 

Nazir həmçinin qeyd edib ki, 2014-cü il Azərbaycan Silahlı Qüvvələrinin həyatında əlamətdar və yaddaqalan uğurlu hadisələrlə zəngin olub. Ordunun maddi-texniki bazası daha da möhkəmlənib, şəxsi heyətin sosial-məişət problemləri ardıcıl olaraq həllini tapıb, müasir silah və texnika alınıb, yüksək ixtisaslı peşəkar hərbçilər hazırlanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367590

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR