Bayram günlərində təcili yardım briqadaları gücləndirilmiş iş rejimində çalışacaq

12:52 29 Dekabr 2014
58 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 12:50 ]

Bakı. Gülnar Bəşirova - APA. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədər istirahət günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası gücləşdirilmiş iş rejimində çalışacaq.

 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, artıq “Buta Palace”da, Heydər Əliyev Mərkəzində keçirilən “Küknar şənliyi” tədbiri ilə bağlı təcili yardım briqadası növbə çəkir: “Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən bayram tədbirlərində də həkim briqadaları növbədə olur”.

 

Adətən bayram günlərində təcili yardıma müraciət edənlərin sayının artdığını xatırladan Z.Vahidova bildirib ki, artıq çağırışların sayı artıb: “Sabahdan etibarən yanvarın 4-nə kimi 140 həkim, 140 feldşer (orta tibb təhsili olan həkim köməkçisi), 140 maşın sutka ərzində işdə olacaqlar. Bakının 12 rayonunda insanlara xidmət göstəriləcək. Stansiya həm avadanlıqlarla, həm də dərmanla tam təchiz olunub”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367598

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR