Azərbaycan icbari sosial sığorta üzrə ödəmələrin yeni dərəcələrini tətbiq edib

Azərbaycan icbari sosial sığorta üzrə ödəmələrin yeni dərəcələrini tətbiq edib
12:53 29 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanda icbari dövlət sosial sığorta üzrə ödəmələrin yeni dərəcələri tətbiq edilib.

Dövlət Sosial Müdafiə Fondu (DSMF) kollegiyasının qərarı ilə noyabrın 18-də təsdiqlənən qaydalar bazar ertəsi Fondun saytında dərc edilib.

Yeni qaydalara görə, icbari sosial sığorta üzrə ödəmələrin toplandığı şəxslərin dairəsi əhəmiyyətli dərəcədə genişləndiriləcək. Onlara ev təsərrüfatlarına xidmət göstərən şəxslər, əmək müqaviləsinə malik olmayan şəxslər, fərdi sahibkarlar və fermerlər, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular, qeyri-kommersiya təşkilatlarının əməkdaşları və s. aiddir.

Müəllif haqqı ödəyən hüquqi və fiziki şəxslər qonorarın məbləğindən 15 faiz həcmində ödəmə həyata keçirəcəklər.

Bundan başqa, sığorta edilən şəxslərin yeni kateqoriyaları üçün ödəmələrin yeni hesablanma qaydaları müəyyən edilib. Ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının məbləğinə görə (ölkə üzrə 105 manatdır) 1 ha torpaq sahəsi üçün bir nəfərə düşən aylıq icbari dövlət sosial sığorta haqqı ödənəcək.

Birinci kateqoriya üçün minimum əməkhaqqının 12 faizi, ikinci kateqoriya üçün səkkiz, üçüncü kateqoriya 4, dördüncü kateqoriya üçün iki faiz ödəniləcək.

Qaydalara əsasən, ticarət və tikinti sahəsində məşğul olan fərdi sahibkarlar minimal əməkhaqqından 50 faizi səviyyəsində, başqa sahələrdəki sahibkarlar isə 20 faiz səviyyəsində ödəmələr həyata keçirəcəklər.

Bu halda ödəmələr [fəaliyyət sahələri üzrə müəyyən edilən dərəcədən asılı olaraq] Bakıda 100 faiz, Sumqayıtda və Gəncədə 90 faiz, respublika tabeçiliyində olan şəhərlərdə 80 faiz, rayon mərkəzlərində 60 faiz, kəndlərdə 50 faiz tutulacaq.

Qərar 2014-cü il dekabrın 21-dən qüvvəyə minib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2348564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR