Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun mütəxəssisləri Gəncədə müayinələr aparacaqlar

Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun mütəxəssisləri Gəncədə müayinələr aparacaqlar
14:58 3 Fevral 2015
767 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 3 fevral, Sabir Əliyev, AzərTAc
Akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun aparıcı mütəxəssisləri səyyar klinika vasitəsilə fevralın 13-dən etibarən Gəncədə uşaq və böyüklərin müayinəsini keçirəcəklər.
Gəncə Şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev AzərTAc-a eksklüziv müsahibəsində deyib ki, müayinələr zamanı ehtiyac duyulan xəstələrdə cərrahiyyə əməliyyatlarının aparılması da nəzərdə tutulub. Hazırda müxtəlif göz problemləri olan xəstələrin qeydiyyatı aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Zerife_Aliyeva_adina_Elmi_Tedqiqat_Goz_Xestelikleri_Institutunun_mutexessisleri_Gencede_muayineler_aparacaqlar-829394

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR