Daxili işlər Nazirliyi dekabrın 27-də saat 09 radələrində Abşeron rayonunda baş vermiş partlayışla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Fatmayı kəndində Fərasət Kərimova məxsus 3 mərtəbəli evdə təbii qazın sızmasından partlayış baş verib. Nəticədə ev yararsız vəziyyətə düşüb, xəsarət almış F.Kərovun arvadı Sədaqət, oğlanları Məhərrəm, Ugur, gəlini Aytəkin və nəvəsi Məhəmməd xəstəxanaya yerləşdirilib. S.Kərimovaya, A.Kərimovaya və Məhəmmədə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Araşdırmalar aparılır.