İlin son günlərinin hava proqnozu

İlin son günlərinin hava proqnozu
13:26 29 Dekabr 2014
79 Digər
Ölkə mətbuatı
A- A+

İlin son günlərində Azərbaycanda mülayim hava şəraiti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında səhər və axşam saatlarında zəif duman gözlənilir.

Dekabrın 30-da havanın temperaturu axşam 5-7, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Dekabrın 31-də isə axşam 5-7, gündüz 7-10 dərəcə isti olacaq.

Bölgələrdə dekabrın 30-da hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin gözlənilir.

Havanın temperaturu gecə 1-6, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 8-13 isti olacaq.

Dekabrın 31-də də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman, çiskin, axşam şimal və şərq rayonlarında yağıntı olacaq. Dağlıq və dağətəyi rayonlarda qar yağacaq.

Havanın temperaturu gecə 0-5, gündüz 12-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=316900

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR