Müğənni Şəbnəm Tapdıq, nəhayət ki, sükutu pozacaq və sevənlərini başına yığıb solo-konsert verəcək.
Milli.Az xəbər verir ki, bu barədə publika.az-a açıqlama verən müğənni hazırda yeni mahnılar üzərində çalışdığını və repertuarını genişləndirdiyini deyib:
"Lentə aldırdığım yeni mahnılarım var. Solo-konsert barədə də düşünürəm. Amma soyuq aylarda yox. Çünki insanlar soyuq aylarda konsertə getməyi xoşlamırlar. İsti havalarda tamaşaçılarım qarşısında konsert verəcəyəm. Konsertin əsl zamanı yay fəslidir".
Odur ki, Şəbnəm Tapdığı sevənlər 2016-cı ilin yayını gözləsinlər.
Milli.Az