Bakıda ticarət mərkəzində 44 min partlayıcı oyuncaq göürülüb

Bakıda ticarət mərkəzində 44 min partlayıcı oyuncaq göürülüb
13:53 29 Dekabr 2014
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən dekabrın 27-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində səyyar satışla məşğul olan Elvin Xasıyevdən 18000 ədəd, Ümid Qarayevdən 26000 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2348622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR