Bakı, 3 noyabr, Nihad Budaqov, AZƏRTAC
Nepalda çoxlu sayda sərnişin daşıyan avtobus dağ yolunda dönərkən uçuruma diyirlənib. Paytaxt Katmandunun şimal-qərbində baş vermiş hadisədə 30 nəfər ölüb, 35-i isə yaralanıb.
AZƏRTAC “milliyet.com”a istinadla xəbər verir ki, Nepal hökumətinin səlahiyyətlisi Şiv Ram Qelal avtobusun Ramçe kəndi yaxınlığında yoldan çıxdığını və 150 metrlik hündürlükdən aşağıya yuvarlandığını deyib. O, polis, əsgər və kəndlilərin kömək üçün hadisə yerinə gəldiyini bildirib.