Barak Obama İranda ABŞ səfirliyinin açılacağını istisna etməyib

15:07 29 Dekabr 2014
73 Dünya
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 15:01 ]

Bakı. Zümrüd Paşayeva – APA. ABŞ prezidenti Barak Obama gələcəkdə İranda ölkəsinin diplomatik nümayəndəliyinin bərpa olunacağını istisna etmir.

 

APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bu sözləri B. Obama “NPR” telekanalına müsahibəsində deyib.

 

“Mən heç vaxt “heç vaxt” ifadəsini işlətmirəm. Münasibətlərimiz mərhələli şəkildə bərpa olunmalıdır”, - deyə o vurğulayıb.

 

Kuba və İranın fərqli ölkələr olduğunu deyən B. Obama qeyd edib ki, Kuba daha kiçik ölkədir və ABŞ-a təhlükə törətmir, İran isə böyük bir ölkədir və terrorizmə dəstək verir, nüvə silahı əldə etməyə çalışır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367625

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR