Azad Rəhimov ermənilərin ilk Avropa Oyunlarında iştirakından danışdı

Azad Rəhimov ermənilərin ilk Avropa Oyunlarında iştirakından danışdı
15:08 29 Dekabr 2014
172 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

"Əgər Ermənistan Bakı 2015 Avropa Oyunlarında iştirak etmək qərarına gələrsə, Azərbaycan bu ölkənin nümayəndə heyətinin təhlükəsizliyini təmin etməyə hazırdır". Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov 2014-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir qeyd edib ki, Ermənistan tərəfi bu məsələni şişirdir: "Ancaq dəfələrlə bəyan etmişik ki, biz Ermənistan nümayəndə heyətinin təhlükəsizliyini təmin etməyə hazırıq".

A.Rəhimov Avropada və dünyada Azərbaycana qarşı qərəzli mövqedən və ikili standartlardan da söz açıb. Nazir qeyd edib ki, bu gün Avropanın, eləcə də dünyanın bir çox ölkələrində Azərbaycanın inkişafına qısqanclıqla yanaşırlar və Azərbaycanın bugünkü inkişafını qəbul edə bilmirlər: "Onlar qəbul edə bilmirlər ki, Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, belə sürətlə inkişaf edir, müstəqil siyasət yürüdür".

Nazir mətbuat nümayəndələrini də Azərbaycan haqqında bu cür qərəzli yazılar yayan bəzi beynəlxalq mətbuat orqanlarına qarşı mübarizə aparmağa çağırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2348664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR