Elektron Səhiyyə Mərkəzinin açılışı keçirilib

15:12 29 Dekabr 2014
80 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 15:10 ]

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin açılışı keçirilib. APA-nın xəbərinə görə, açılışda səhiyyə naziri Oqtay Şirəliyev, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyev və digər rəsmi şəxslər iştirak edib.


Jurnalistlər yeni yaradılan mərkəzlə tanış olublar. Məlumat verilib ki, vətəndaşlığından asılı olmayaraq hər bir şəxs həftənin 6 günü ərzində mərkəzə müraciət edə bilər. Mərkəzdə 10 nəfər əhaliyə xidmət göstərəcək. Elektron Səhiyyə Mərkəzinin yaradılmasında məqsəd şəffaflığı qorumaq və vaxt itkisinə yol vermədən vətəndaşlara lazımi xidmət göstərməkdən ibarətdir.

Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin məsul şəxsi Ləman Mursaqulova bildirib ki, mərkəz “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində yaradılıb. Onun sözlərinə görə, burada “bir pəncərə” prinsipi tətbiq edilir və əhali vaxt itkisinə yol vermədən keyfiyyətli, effektiv və şəffaf xidmətdən istifadə edə biləcək. O qeyd edib ki, mərkəzdə 15 elektron xidmət göstəriləcək: “Həmin xidmətlər tibb müəssisələrinə işə qəbulla əlaqədar müraciətlər, tibb mütəxəssislərinin sertifikasiyası, lisenziyaların verilməsi, dərman vasitələrinin dövlət qeydiyyatından keçməsi, xaricdə tibb təhsili almış vətəndaşların işə buraxılması, səhiyyəyə aid hüquqi məsləhətlər, tibb mütəxəssislərinin hazırlığa və ixtisas kurslarına göndərilməsi, tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi, səhiyyəyə aid olan digər məsələlər daxildir. Mərkəzin üstünlüyü ondadır ki, vətəndaş birbaşa məmurla deyil, xüsusi təlim keçmiş mütəxəssislərlə ünsiyyətdə olacaq və bütün xidmətlər “bir pəncərə” prinsipi ilə göstəriləcək”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367629

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR