DGK hospitalda ölən xəstə ilə bağlı məlumat yaydı

DGK hospitalda ölən xəstə ilə bağlı məlumat yaydı
17:09 11 Noyabr 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsi hospitalda dünyasını dəyişən xəstə ilə bağlı rəsmi məlumat yayıb.

Komitədən Lent.az-a verilən məlumata görə, bu gün bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsi Mərkəzi Hospitalının fəaliyyətinə dair həqiqəti əks etdirməyən, böhtan xarakterli məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, həmin məlumatlarda vətəndaş Məcidova Almaz Kazım qızının şikayətinə istinadən Mərkəzi Gömrük Hospitalının həkimləri qeyri-peşəkarlıqda ittiham edilir və buna əsas olaraq adı çəkilən vətəndaşın həyat yoldaşı Əzizov Sadıq Mirbağı oğlunun cərrahiyyə zamanı dünyasını dəyişməsi hadisəsi göstərilir. Eyni zamanda, məlumatlarda şikayətçinin xəstəyə göstərilmiş tibbi xidmət müqabilində Mərkəzi Gömrük Hospitalına ödədiyi məbləği geri ala bilmədiyi vurğulanır.

Qeyd edək ki, Əzizov Sadıq Mirbağı oğlu Mərkəzi Gömrük Hospitalına 05.07.2012-ci il tarixdə “ön birləşdirici arteriyadan subaraxnoidal qansızma” diaqnozu ilə qəbul edilib. Daxil olarkən vəziyyəti ağır, huşu soporoz vəziyyətdə olub. Hospitala daxil olduğu tarixdə xəstədə “beyin anevrizmasının endovaskulyar Coil embolizasiyası” əməliyyatı aparılıb. Xəstənin yaxınlarına tibbi xidmətin yüksək riskli olması barəsində məlumat verilib və xəstənin yaxını tərəfindən razılıq verildikdən sonra əməliyyat icra olunub. Xəstəyə göstərilmiş tibbi xidmət müqabilində ödənilən məbləğ məsrəflərə xərclənib və tərəflər arasında bağlanan müqavilədə qeyd olunduğu kimi, geri qaytarılması nəzərdə tutulmayıb.

Onu da nəzərə çatdırırıq ki, məlumatlarda sözügedən “Fərəc Quliyev” adlı şəxs Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının baş həkimi vəzifəsində çalışmır və ümumiyyətlə, hospitalın tibbi heyəti arasında bu adda şəxs yoxdur


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221216

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR