Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vyaçeslav Koloskov: Platini seçkilərə qatıla bilməsə Rusiyanın işi çətin olacaq

Vyaçeslav Koloskov: Platini seçkilərə qatıla bilməsə Rusiyanın işi çətin olacaq

Date: 11 November 2015 17:13


Bakı, 11 noyabr, AZƏRTAC
UEFA prezidenti Mişel Platini seçkilərə qatıla bilməsə 2018-ci ildə dünya çempionatının Rusiyada keçirilməsində problemlər ortaya çıxa bilər.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir, belə bir sensasiya doğuran açıqlama ilə Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov çıxış edib.
V. Koloskovun qənaətinə görə, Platini FİFA prezidenti Yozef Blatterdən qanunsuz iki milyon İsveçrə frankı alması şübhəsi ilə müvəqqəti tutduğu vəzifədən kənarlaşdırılıb. Onun fikrincə, UEFA prezidentinin 2016-cı ilin fevralın 26-na nəzərdə tutulan seçkilərə buraxılması hələ sual altındadır. İstənilən halda, Futbol İttifaqının fəxri prezidenti əminliklə bildirib ki, Rusiyanın əlindən qanuni yolla bu mötəbər turnirin keçirilmə haqqını almaq müşkül məsələdir.
“Qanun çərçivəsində Rusiyanı dünya çempionatıni keçirməkdən təcrid etmək mümkünsüzdür. Unutmaq lazım deyil ki, bunun üçün qanunsuz bəhanələr də mövcuddur. Ona görə də, hadisələrin gedişatını daima izləmək lazımdır. Hər şey FİFA prezidentinin kimin olacağından asılı olacaq”, - deyə V. Koloskov bildirib.

Tags:  Vyaçeslav Koloskov Platini seçkilərə qatıla bilməsə Rusiyanın işi çətin olacaq


RƏYLƏR


Top news