Şou başlayır! "Səs Azərbaycan" cümə günü efirdə olacaq! - FOTO

Şou başlayır! "Səs Azərbaycan" cümə günü efirdə olacaq! - FOTO
17:27 11 Noyabr 2015
160 Digər
Ölkə mətbuatı
A- A+

"The Voice" layihəsini sevən azərbaycanlı tamaşaçıların səbrsizliklə gözlədiyi məqam yetişdi. "Səs Azərbaycan" yarışmasının "Görmədən dinləmələr" mərhələsinin ilk iştirakçıları noyabrın 13-ü, saat 22.00-də Azərbaycan Televiziyası efirində təqdim olunacaq. Verilişin ilk buraxılışında bizi 4 münsif və böyük tamaşaçı auditoriyasına öz səsinin gücünü göstərməyə çalışacaq 11 iştirakçının möhtəşəm çıxışı gözləyir.

Həmin axşam Azərbaycan televiziyasının efirində qorxu, həyəcan, sevinc, göz yaşı və cilovlanmayan hisslərin şahidi olacağıq. Xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva və Manana Caparidze layihənin ən yaxşı səsi uğrunda mübarizə üçün əfsanəvi qırmızı kresloda əyləşəcək.

Düymənin hər dəfə sıxılması qızıla bərabərdir. Onlar da bunu çox yaxşı anlayır. Çünki hər münsifin komandasında yalnız 14 iştirakçı olacaq. Bəs ən istedadlıları kimlər cəlb edə biləcək? Bu cümə günündən etibarən bunu izləyib, görəcəyik.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/381709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR