Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Rosatom"un nümayəndə heyəti Azərbaycana səfər edib

Date: 11 November 2015 17:32

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, "Rosatom" nümayəndə heyəti Milli Nüvə Tədqiqatları Mərkəzinin infrastrukturu ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıblar. Nümayəndə heyəti həmçinin rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tərəfindən qəbul edilib.
Nümayəndə heyətinin rəhbəri, professor M.A.Litvinov "Rosatom" Korporasiyasının "Atom sahəsində beynəlxalq əməkdaşlığın inkişafı" döş nişanını MNTM-in sədri, akademik Adil Qəribova təqdim edib. 

Tags:  Rosatomun nümayəndə heyəti Azərbaycana səfər edib


RƏYLƏR


Top news